Avropa İttifaqı Qəzza üçün 1,6 milyard avro ayırır

14.04.2025

Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

Avropa İttifaqı 2027-ci ilə qədər Qəzza üçün 1,6 milyard avro ayıracaq.

AzPost bildirir ki, bu barədə  Aİ Xarici əlaqələr üzrə rəhbəri Kaya Kallas bildirib.

“Biz Fələstin xalqına dəstəyimizi artırırıq. 1,6 milyard avro 2027-ci ilə qədər İordan çayının qərb sahilində və Qəzza zolağında vəziyyətin sabitləşməsinə kömək edəcək. Aİ qaçqınlara humanitar yardım və dəstək göstərməklə yanaşı, lazımi infrastruktura sərmayə qoyacaq” -deyə Aİ rəsmisi vurğulayıb.

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью