Avropa İttifaqı Qrenlandiya üçün böyük investisiya paketi hazırlayır

26.01.2026

Ayna saytına istinadən Icma.az xəbər verir.

Aİ adaya yatırdığı investisiyanı təxminən ikiqat artıraraq 500 milyon avroya çatdırmağı planlaşdırır

Avropa İttifaqı (Aİ) tezliklə Qrenlandiyanı dəstəkləmək və inkişaf etdirmək məqsədi daşıyan investisiya planını təqdim edəcək. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə Aİ-nin Beynəlxalq Tərəfdaşlıq üzrə Komissarı Cozef Sikelanın ofisindən bildirilib.

"Biz Qrenlandiyada gündəlik həyatı yaxşılaşdıracaq və qrenlandiyalıların öz gələcəklərini özləri müəyyən etmək hüququna dəstəyimizi gücləndirəcək əhəmiyyətli bir investisiya paketi hazırlayırıq", - deyə qeyd olunub.

Bildirilib ki, investisiyalar bərpa olunan enerjinin inkişafına, kommunikasiyaların yaxşılaşdırılmasına və müdafiə sənayesi və elektrikli nəqliyyat vasitələrinin istehsalını dəstəkləməyə yönəlmiş Aİ layihəsinin dəstəklənməsi üçün istifadə olunacaq.

Aİ adaya yatırdığı investisiyanı təxminən ikiqat artıraraq 500 milyon avroya çatdırmağı planlaşdırır. Eyni zamanda, mövcud layihələri də dəstəkləyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью