Avropa İttifaqı rəsmisi İvanişvili ilə görüşdü

18.12.2024

Icma.az, Teleqraf.com saytına istinadən bildirir.

Tbilisidə rəsmi səfərdə olan Avropa İttifaqı Şurasının Baş katibi Alen Berse hakim “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili ilə görüş keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə partiyanın mətbuat xidmətindən bildirilib.

Görüş barədə ətraflı məlumat hələ açıqlanmır.

Qeyd edək ki, A.Berse bu gün Gürcüstanın baş naziri İrakli Kobaxidze, parlament sdəri Şalva Papuaşvili və ombudsman Levan İoseliani ilə görüşüb. Səfər proqramına baş katibin B.İvanişvili ilə görüşü öncədən daxil edilməmişdi.

Aİ rəsmisinin sabah müxalifət və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşü də planlaşdırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью