Icma.az, Missiya.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avropa İttifaqı Şurası Rusiya qazının digər ölkələrə tranzitinə qadağa qoyub.
Missiya.Az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qəbul edilmiş sənəd Rusiyadan boru kəməri qazının və mayeləşdirilmiş təbii qazın (LNG) idxalına hüquqi cəhətdən məcburi, mərhələli qadağa tətbiq edir və tam qadağa 2028-ci il yanvarın 1-dən qüvvəyə minir. Tranzit qadağası isə 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.
Rusiya yanacaq idxalının dayandırılması Aİ-nin Rusiya enerjisindən asılılığına son qoymaq üçün yol xəritəsinin açarıdır.
Daşqın Həsənov
Missiya.Az