Avropa İttifaqı Rusiyadan qaz idxalını qadağan edən qanunu təsdiqləyib

26.01.2026

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Avropa İttifaqı ölkələri 2027-ci ilin sonuna qədər Rusiyadan qaz idxalının qadağan edilməsini təsdiqləyib.

APA bu barədə “Reuters”ə istinadən xəbər verir.

Qeyd edək ki, qanuna əsasən Avropa İttifaqı 2026-cı ilin sonuna qədər Rusiyada mayeləşdirilmiş təbii qaz, 2027-ci il sentyabrın 30-na qədər isə boru xətti vasitəsilə təbii qaz idxalını dayandıracaq.

Macarıstan sözügedən qərara etirazını bildirib və məsələni Avropa Ədalət Məhkəməsində qaldırmağı planlaşdırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью