Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Avropa İttifaqı Rusiyanın "kölgə donanması"na təzyiqləri artırır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas "X" sosial şəbəkəsində məlumat verib.
O qeyd edib ki, Aİ Hərbi Dəniz Qüvvələrinin Aralıq dənizindəki "EUNAVFOR_MED IRINI" əməliyyatı çərçivəsində saxta bayraq altında üzməkdə şübhəli bilinən "MV SOUTH STAR" neft tankeri saxlanılıb:
"Saxta bayraq altında üzmək beynəlxalq dəniz hüququnun kobud şəkildə pozulmasıdır və bu cür hallar Rusiyanın hərbi maşınının fəaliyyətini təmin etməyə xidmət edir".