Avropa İttifaqı Rusiyaya qarşı sanksiya siyahısını genişləndirəcək

17.09.2026

Icma.az, Ayna portalına istinadən məlumat verir.

Paketin qəbul edilməsi üçün bütün 27 Aİ üzv dövlətinin razılığı tələb olunur

Avropa Xarici Fəaliyyət Xidməti (EEAS) Avropa İttifaqı diplomatlarına Rusiya əleyhinə yeni fərdi sanksiyalar paketinin layihəsini təqdim edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Aİ daxilindəki öz mənbələrin sözlərinə görə, bu, 2014-cü ildə tətbiq ediləndən bəri Aİ-nin Rusiyaya qarşı sanksiyalar siyahısının ən böyük genişləndirilməsi ola bilər.

Layihədə 1576 fiziki və hüquqi şəxs üçün məhdudiyyətlər nəzərdə tutulur ki, bunlar da, Rusiya müdafiə sənayesi ilə əlaqəlidir.

AEAS təklifi artıq Aİ Şurasının işçi qrupunda texniki təhlildən keçməlidir. Daha sonra o, Aİ üzv dövlətlərinin daimi nümayəndələri tərəfindən yenidən nəzərdən keçiriləcək. Paketin qəbul edilməsi üçün bütün 27 Aİ üzv dövlətinin razılığı tələb olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью