Avropa İttifaqı Rusiyaya “unitaz sanksiyası” tətbiq etdi Putindən SƏRT REAKSİYA

24.10.2025

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Rusiya Prezidenti Vladimir Putin jurnalistlərlə söhbəti zamanı Avropa İttifaqı ölkələrindən Rusiyaya unitazların tədarükünün dayandırılması mövzusuna toxunub.

Milli.Az xəbər verir ki, Avropa İttifaqının 19-cu anti-Rusiya sanksiya paketi çərçivəsində Rusiyaya unitaz və digər santexnika məhsullarının tədarükü qadağan edilib. Bu barədə Aİ Şurasının qərarında qeyd olunur. Qadağanın səbəbi isə sənəddə göstərilməyib.

Bundan əlavə, sanksiyalar onlarla məhsul kateqoriyasını da əhatə edir.

Putin bu barədə açıqlama verərək bu sözləri deyib:

"Rusiyaya unitaz satmaqdan imtina etmələri onlara baha başa gələcək. Mənə elə gəlir ki, onlar Rusiyaya münasibətdə eyni siyasəti yeritməyə davam edərlərsə, unitazlar indiki şəraitdə özlərinə lazım olardı" .

Fidan
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью