Avropa İttifaqı Sanksiyalar Ofisi təsis etdi

18.11.2026

Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Avropa Komissiyası (AK) Aİ-nin Sanksiyalar Ofisini təsis edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AK-nın mətbuat xidməti məlumat verib.
Məlumata görə, yeni ofisin məqsədi Avropa İttafaqının (Aİ) təcrübəsini sanksiyaların hazırlanmasından tutmuş həyata keçirilməsinə, riayət olunmasına və yayınma hallarının qarşıının alınmasına qədər bütün fəaliyyəti əlaqələndirməkdir.
Ofisin vəzifəsinə Aİ-nin sanksiya siyasətində iştirak etmək istəyən Aİ və Aİ olmayan ölkələrə blokun müxtəlif sanksiya mexanizmlərinin tətbiqi ilə bağlı məsləhətlər vermək də daxil olacaq.
AK qeyd edib ki, bu struktur əsasən Rusiya və Belarusu, daha az dərəcədə isə İran, Şimali Koreya və Suriyanı, eləcə də beynəlxalq cinayətkar və terrorçu təşkilatları hədəf alacaq.
Ofis Aİ diplomatik xidmətinin rəhbəri Kaja Kallasa tabe olmayacaq və avrokomissar Mariya Luis Albukerkenin siyasi məsuliyyəti altında Avropa Komissiyasının Baş Katibliyinin strukturunda yaradılacaq.
Qeyd edək ki, Avropa Komissiyası İsveçin Aİ-dəki keçmiş daimi nümayəndəsi Lars Danielssonu sanksiyaların həyata keçirilməsi məsələləri üzrə Aİ-nin beynəlxalq xüsusi nümayəndəsi təyin edib. O, fəaliyyətdə olan nümayəndə Devid O'Sallivanın mandatı başa çatdıqdan sonra 2027-ci il fevralın 6-da vəzifəsinin icrasına başlayacaq.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью