Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 4 fevral, AZƏRTAC
Avropa İttifaqının (Aİ) səfirləri Ukrayna üçün 90 milyard avro məbləğində kreditin detallarını təsdiqləyiblər. Aİ liderləri tərəfindən dekabr ayında razılaşdırılmış təşəbbüsün məqsədi 2026–2027-ci illərdə Kiyevin maliyyə ehtiyaclarının böyük hissəsini ödəmək və müharibə aparılmasını təmin etməkdir.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, səfirlər razılaşmanı Brüsseldə keçirilmiş qapalı iclasda əldə ediblər.
Sazişin mətni hələlik açıqlanmayıb, lakin Avropa İttifaqı Şurasının bəyanatında bildirilib ki, vəsaitlərin üçdə ikisi hərbi yardıma, üçdə biri isə ümumi büdcənin dəstəklənməsinə yönəldiləcək.
“Prinsip etibarilə müdafiə məhsulları yalnız Aİ-də, Ukraynada və ya Avropa İqtisadi Məkanı – EFTA ölkələrində yerləşən şirkətlərdən alınmalıdır. Əgər Ukraynanın hərbi ehtiyacları Aİ-də, Ukraynada və ya Avropa İqtisadi Məkanı – EFTA ölkələrində mövcud olmayan müdafiə məhsullarının təcili tədarükünü tələb edərsə, müəyyən istisnalar tətbiq olunacaq”.