Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Avropa İttifaqı Şurası mayın 27-də keşiriləcək iclasında Aİ haqqında Müqavilənin 7-ci maddəsi əsasında Macarıstanı səs vermək hüququndan məhrum etməyin mümkünlüyünü müzakirə edəcək. Həmin tarixli iclasın gündəliyi ittifaqın saytında dərc edilib.
Avropa İttifaqı haqqında Müqavilənin 7-ci maddəsi ümumi dəyərlərə zidd hərəkətlərlə əlaqədar İttifaq dövlətlərinin müəyyən hüquqlarının, o cümlədən ölkənin Aİ Şurasındakı nümayəndəsinin səsvermə hüququnun dayandırılmasının mümkünlüyünü nəzərdə tutur.
Hürr Tərcüman