Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Belqrad, 12 may, AZƏRTAC
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Serbiyaya səfər edib.
AZƏRTAC xəbər verir ki, ikigünlük səfər çərçivəsində Antonio Koştanın Serbiya Prezidenti Aleksandr Vuçiçlə təkbətək və nümayəndə heyətləri ilə geniş tərkibdə görüşü olacaq.
Görüşlərdə Serbiyanın Avropa İttifaqına üzvlük prosesi ilə bağlı müzakirələrin aparılması gözlənilir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad