Avropa İttifaqı Tailand və Kamboca münaqişəsi ilə bağlı qərar verdi

17.12.2025

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avropa İttifaqı atəşkəs razılaşması əldə olunacağı təqdirdə Tailand və Kambocaya sərhəddəki vəziyyətin peyk vasitəsilə monitorinqində yardım göstərə bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Tailand və Kambocanın xarici işlər nazirləri ilə apardığı danışıqlardan sonra məlumat verib.

Kallas bildirib ki, tərəflərin gərginlikdən çıxmasına yardım göstərmək üçün təmasları davam etdirəcək:

Avropa İttifaqı atəşkəs rejiminin monitorinqi üçün peyk görüntüləri təqdim edə bilər”.

O, Tailand və Kamboca arasında münaqişənin daha da kəskinləşməsinin qarşısının alınmasının vacibliyini qeyd edib. Həmçinin atəşkəsin mümkün qədər tez elan edilməsinin əhəmiyyətini vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью