Avropa İttifaqı Trampla yeni qarşıdurmaya HAZIRLAŞIR

27.11.2026

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avropa İttifaqı (Aİ) ölkələri ABŞ Prezidenti Donald Trampla rəqəmsal vergi, müdafiə sahəsində satınalma qaydaları və Ukraynanın maliyyələşdirilməsi kimi məsələlərdə yeni qarşıdurmaya hazırlaşır.

Redaktor.az xəbər verir ki, "Politico" nəşrinin mənbələrə istinadən yaydığı məlumata görə, noyabrın 26-da Aİ büdcəsi ilə bağlı keçirilən müzakirələrdə razılıq əldə olunmayıb. Fransa Prezidenti Emmanuel Makron rəqəmsal verginin tətbiqində israr edib.

Makron jurnalistlərə açıqlamasında Fransanın 2018-ci ildən bu ideyanı müdafiə etdiyini bildirib. Onun sözlərinə görə, ABŞ İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının beynəlxalq vergi sazişlərinə əməl etmədiyi üçün Avropanın bu vergini tətbiq etməsi tamamilə qanunidir.

Bununla yanaşı, Aİ diplomatları, ekspertləri və qanunvericiləri ABŞ ilə mümkün qarşıdurmadan əvvəlki dövrlərlə müqayisədə daha az çəkindiklərini bildiriblər. Buna səbəb kimi Respublikaçılar Partiyasının aralıq seçkilərdə məğlubiyyəti və Ukrayna siyasəti ilə bağlı uzun müddətdir davam edən fikir ayrılıqları göstərilir.

Nəşrin məlumatına görə, bəzi Avropa ölkələri Vaşinqtonla münasibətlərin gərginləşməsindən ehtiyat edir və təklif olunan tədbirlərin qarşısını ala bilər. Lüksemburqun Baş naziri Luk Friden də rəqəmsal verginin ABŞ ilə münasibətlərə təsiri ilə bağlı narahatlığını ifadə edib.

Buna baxmayaraq, bazar ertəsi Aİ səfirlərinin görüşündə heç kim verginin tətbiqinə qarşı çıxmayıb.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью