Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Ukraynada ədalətli və dayanıqlı sülhün bərqərar edilməsinin zamanı yetişib, bu zaman ukraynalıların başı üzərindən heç nə həll edilməyəcək..." Almaniya kansleri Olaf Şolts dekabrın 19-da ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa zəng edib.
Moderator.az xəbər verir ki, bu barədə kanslerin mətbuat xidməti məlumat yayıb. Məlumatı "dw.com" nəşri yayıb.
Məlumatda deyilir ki, söhbət Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinə və bütövlükdə Avropada təhlükəsizliklə bağlı olan təhdidlərə həsr edilib.
"Həmsöhbətlər razılaşıb ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi həddən artıq uzanır, bu səbəbdən də imkan daxilində tez bir zamanda ədalətli, dürüst və davamlı sülhə aparan yola çıxmaq vacibdir", - məlumatda deyilir.
Həmçinin qeyd edilib ki, kansler Ukraynaya Rusiya təcavüzündən müdafiə üçün zəruri olan qədər dəstək göstərməyə davam edəcək.
Olaf Şolts Avropa İttifaqının ABŞ-la birgə Ukrayna siyasəti haqqında Almaniya kansleri "Deutschlandfunk" nəşrinə müsahibəsində bəyan edib ki, Avropa ölkələri Ukrayna ilə bağlı Trampla birgə yanaşma barədə razılığa gələ bilər.
"Mən əminəm ki, biz Ukrayna ilə bağlı birgə strategiya işləyib hazırlaya bilərik.