Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Rusiyanın Ukraynaya və bu ölkə iqtisadiyyatına artan təzyiqi qarşısında Avropa İttifaqının hazırkı maliyyə dəstəyinin azlığı Aİ-ni gələn il Ukrayna üçün əlavə 70 milyard avro vəsait tapmağa vadar edir.
XQ “Euronews”a istinadən xəbər verir ki, ötən həftə iki günlük sammitin sonunda Aİ liderləri Ukrayna Prezidenti Volodimir Zelenskini dinləyib və o, kəsirin miqyasını təsvir edib.
“Müharibə gələn il 155 milyard avroya başa gələcək. Müdafiə, silah və dayanıqlığımızı gücləndirmək üçün sizdən ən azı daha 70 milyard avro istəyirik. Bu, real məbləğdir. Sizdən xahiş edirəm ki, bu dəstəyi tapın. Bu, Rusiyanı çəkindirməyə kömək edəcək”, - deyə Zelenski bildirib.
Zelenskinin sözlərinə görə, əlavə vəsait axını Ukraynaya Rusiyanın döyüş meydanındakı irəliləyişini dayandırmaq, təchizat zəncirlərini pozmaq və hərbi maşınını sarsıtmaq üçün müasir dronların istehsalını artırmağa imkan verəcək.
XQ