Avropa İttifaqı Ukrayna və Moldovaya yardım paketi ayıracaq

13.01.2025

Anews saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avropa İttifaqı (Aİ) Ukrayna və Moldova üçün ümumi dəyəri 148 milyon avro olan yeni humanitar yardım paketi ayıracaq.

Bu barədə TASS məlumat yayıb. 

Bildirilib ki, maliyyələşdirmə həm Ukraynada, həm də Moldovada mühüm humanitar yardımı dəstəkləməyə yardımçı olacaqlar.

Yanvarın 9-da Zelenski Almaniyanın Ramşteyn aviabazasında Ukraynanın müdafiəsi üzrə təmas qrupunun iclasında iştirak edib . Tədbir zamanı  deyib ki, Qərb qoşunlarının Ukraynaya yerləşdirilməsi "sülhü yaxınlaşdırmaq üçün ən yaxşı vasitələrdən biri” ola bilər.
Ramstein Rusiya ilə münaqişədə üzvləri Kiyevə hərbi yardım göstərən beynəlxalq koalisiyadır.
Rusiya və Ukrayna arasında müharibə 2022-ci ilin fevralından davam edir. 


www.anews.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью