Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Avropa İttifaqı (Aİ) Şurası Ukrayna üçün nəzərdə tutulan hərbi təlim missiyasının (European Union Military Assistance Mission for Ukraine -EUMAM Ukraine) müddətinin uzadılması qərarı fonunda ilk dəfə olaraq bu ölkədə rəsmi hərbi mövcudluğunu reallaşdıracağını bəyan edib.
Moderator.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Aİ Şurasının yaydığı bəyanatda bildirilir.
"Bu addım EUMAM-ın strateji təhlili çərçivəsində atılıb. Şura Ukraynanın hərbi rəhbərliyi və tərəfdaş dövlətlərlə birbaşa koordinasiyanı təmin etmək, eləcə də Avropa tərəfindən həyata keçirilən təlimlərin Ukrayna Silahlı Qüvvələrinin sorğularına uyğun şəkildə inkişaf etdirilməsinə zəmanət vermək məqsədilə bu ölkədə mövcudluq yaratmaq barədə qərar verib", - deyə sənəddə qeyd olunur.
Hərbi kontingentin həcmi barədə məlumat verilmir.
Qeyd edək ki, Ukrayna hərbçilərinin təliminə dair Aİ missiyası 2022-ci ildə formalaşıb. İndiyə qədər Brüssel bu fəaliyyətin tamamilə Avropa ərazisində həyata keçirildiyini vurğulayırdı.
Noyabrın 9-da Aİ Şurası Ukraynadakı hərbi missiyanın müddətini daha iki il - 15 noyabr 2028-ci ilədək uzadıb, onun səlahiyyətlərini genişləndirərək bütün dövr üçün 300 milyon avro məbləğində büdcəni təsdiqləyib.