Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa İttifaqının (Aİ) Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Trampın görüşü ərəfəsində “aktiv təxribat cəhdləri"ni tənqid edib.
Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, Zaxarova Avropa İttifaqının istənilən sülh yolu ilə nizamlanma səylərini pozmağa çalışdığını vurğulayıb.
“Aydındır ki, onlar 2022-ci ildə olduğu kimi münaqişənin gərginləşməsi üçün əllərindən gələni edirlər, Kiyev rejiminin tələb etdiyi və ölkəmizin mümkün etdiyi sülh danışıqlarını pozurlar”, - o deyib.
İlahə Qənbərli
Missiya.Az