Avropa İttifaqı Ukraynadan rüsumsuz mal idxalını dayandırıb

06.06.2025

Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İyunun 5-dən Brüssel və Kiyev arasında razılaşmanın adi qaydaları qüvvəyə minib

Avropa İttifaqı (Aİ) Ukraynadan məhsulların rüsumsuz idxalı rejimini dayandırıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə İttifaqın rəsmi jurnalı məlumat yayıb.

Bildirilib ki, iyunun 5-dən Brüssel və Kiyev arasında razılaşmanın adi qaydaları qüvvəyə minib - ciddi məhdud həcmdə mallar üçün rüsumsuz və ya güzəştli tariflərə imkan verən kvotalar qüvvəyə minib.

Onlar tükəndikdən sonra Aİ Ukrayna məhsullarına standart tariflər tətbiq edəcək.

Mayın 22-də Avropa Komissiyasının nümayəndəsi Balazs Uvari bəyan edib ki, Aİ Ukraynadan gələn kənd təsərrüfatı məhsulları üçün müvəqqəti rüsumsuz rejimi uzatmamaq qərarına gəlib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью