“Avropa İttifaqı Ukraynaya maliyyəni dayandırmalıdır” Siyarto

20.11.2025

Icma.az, 525.az portalına istinadən məlumat verir.

“Ukraynadakı korrupsiya qalmaqalı fonunda Avropa İttifaqı maliyyəni dayandırmalı və dərhal yoxlamalar tələb etməlidirlər”.

525.az “Reuters”ə istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

O, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin Ukraynaya maliyyə dəstəyi ilə bağlı müraciətini kəskin şəkildə tənqid edib:

"Ukraynada hərbi mafiya, korrupsiyalaşmış sistem var. Avropa Komissiyasının prezidenti ödənişləri dayandırmaq və dərhal maliyyə təmizləməsini tələb etmək əvəzinə, Ukraynaya daha 100 milyard göndərmək istəyir. Bu, ağılsızlıqdır”.

Siyarto əlavə edib ki, zaman Ukraynanın tərəfində deyil. Zamanın Ukraynanın tərəfində olduğunu iddia etmək bir illüziyadır.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью