Avropa İttifaqı Ukraynaya verdiyi vədi yerinə yetirməyib

01.12.2025

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Avropa İttifaqının Xarici Əlaqələr Komitəsinin rəhbəri Kaja Kallas etiraf edib ki, təmsil etdiyi qurum Ukraynaya sursat tədarükü ilə bağlı verdiyi vədləri hələ də yerinə yetirməyib.
Newscenter.az TASS-a istinadən bildirir ki, Kallas bunu jurnalistlərə verdiyi açıqlamasında bildirib.
"Təəssüf ki, biz raket təşəbbüsü ilə bağlı öhdəliklərimizi hələ yerinə yetirməmişik. Mən öz səylərini gücləndirmək niyyətində olan ölkələrlə məsləhətləşmələr aparmışam", - deyə Kallas bildirib.
Qeyd edək ki, Avropa İttifaqı Birləşmiş Ştatlar prezidenti Donald Trampın Ukrayna probleminin həlli məqsədilə təklif etdiyi 28 bəndlik həll planına qarşıdır.
Cavid
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью