Avropa İttifaqı və ABŞ Ermənistanda nüvə təhlükəsizliyini gücləndirir

05.06.2025

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən gün Avropa İttifaqı və ABŞ rəsmiləri Ermənistanın Nüvə Elektrik Stansiyasına səfər ediblər.

APA Aİ Şərq Tərəfdaşlığı programının rəsmi saytına istinadən xəbər verir ki, səfər Ermənistan Xarici İşlər Nazirliyi və stansiya rəhbərliyi tərəfindən təşkil olunub.

Qeyd edilib ki, qısa müddət öncə isə Nüvə Elektrik Stansiyasında təhlükəsizlik əməliyyatlarının təkmilləşdirilməsi üçün 3.4 milyon dollara başa gəlmiş, Avropa İttifaqı tərəfindən maliyyələşdirilmiş tam funksiyalı simulyator istifadəyə verilib.


2024-cü ildən bəri Avropa İttifaqı Ermənistana nüvə təhlükəsizliyi və radioaktiv tullantıların idarə olunmasının təkmilləşdirilməsi üçün 17.9 milyon avro ayırıb.


Bu vəsait Avropa İttifaqı ilə Ermənistan arasında Kompleks və Genişləndirilmiş Tərəfdaşlıq Müqaviləsi çərçivəsində davam edən əməkdaşlığın bir hissəsidir və Ermənistanın tənzimləyici bazasının Avropa İttifaqının nüvə təhlükəsizliyi standartlarına uyğunlaşdırılmasına dəstək verir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью