Avropa İttifaqı və Hindistan 2026 ci ildə ilk ticarət sazişini imzaladı

27.01.2026

Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropa İttifaqı (Aİ) ölkələri və Hindistan ticarət sazişi imzalayıblar. Sazişə əsasən, Avropa istehsalı olan əsas məhsullar üzrə yüksək gömrük rüsumları azaldılıb.

AzPost xəbər verir ki, Euractiv-in məlumatına görə, saziş avtomobil, maşınqayırma məhsulları, şərab və spirtli içkilər kimi əsas Avropa ixrac məhsullarına tətbiq olunan tarifləri əhəmiyyətli dərəcədə aşağı salır.

Avropa Komissiyasının açıqlamasında bildirilir ki, bu, “Hindistanın ticarət tərəfdaşına verdiyi ən ambisiyalı ticarət açılışıdır”.

Yeni qaydalara əsasən, Avropa avtomobillərinə tətbiq olunan gömrük rüsumu 110%-dən 10%-ə endiriləcək. Avtomobil ehtiyat hissələrinin rüsumları isə növbəti 5–10 il ərzində minimum səviyyəyə enəcək. Bundan əlavə, Aİ emal olunmuş qida məhsulları və içkilər bazarına çıxış əldə edib.

Saziş həmçinin iki tərəfli qoruyucu mexanizmi nəzərdə tutur ki, əgər imzalanan güzəştlər Hindistan və ya Aİ istehsalçılarına mənfi təsir göstərərsə, ticarət üstünlükləri müvəqqəti dayandırıla bilər.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью