Avropa İttifaqına 4,28 milyon ukraynalı qaçqın sığınıb

10.07.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 10 iyul, AZƏRTAC

Avropa İttifaqı ölkələrində yardım üçün rəsmi qeydiyyatdan keçən ukraynalı qaçqınların sayı 4,28 milyon nəfərdir.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Avropa Komissiyasının hesabatında yer alıb.

“2025-ci il mayın 31-nə olan məlumata əsasən, Ukrayna ərazisindən qaçan və Avropa İttifaqında müvəqqəti sığınacaq alan şəxslərin sayı 4,28 milyon nəfər təşkil edib”, - deyə sənəddə bildirilir.

Avropaya sığınan ukraynalı qaçqınların sayı aprel ayı ilə müqayisədə 10,8 min nəfər artıb.

Qeyd edək ki, ən çox ukraynalı qaçqın Almaniyada yaşayır - 1,19 milyon nəfər. Polşada qaçqınların sayı 990 minə, Çexiyada isə 370 minə yaxındır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью