Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Bu, dövlətlərin maliyyəsinə böyük təsir göstərəcək, çünki əməkqabiliyyətli əhalinin sayı azalacaq, səhiyyə və pensiya təminatına xərclər artacaq..." Avropa İttifaqında doğulan uşaqların sayı 2023-cü ildə rekord aşağı səviyyəyə düşüb.
Bu, regionda demoqrafik problemlərin ciddiliyindən xəbər verir. Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.
Ötən ayın yenilənmiş məlumatlara görə, 2023-cü ildə Avropa İttifaqının 27 ölkəsində 3 665 000 uşaq doğulub.
Qeyd edilir ki, bu, 1961-ci ildən bəri ən aşağı göstəricidir.
Avropa İttifaqında doğum göstəricisi 2022-ci ildə olduğundan 5, 5 faiz az olub.
Bu, bütün müşahidələr tarixində ən böyük illik azalmadır, nəşr yazıb.
Həmçinin 2023-cü ilin göstəriciləri Avropa Statistika Komitəsinin uzunmüddətli demoqrafik proqnozundan aşağı olub, bu proqnoza görə regionda 4 milyon uşaq doğulmalı idi.