Avropa İttifaqında doğum səviyyəsi kəskin azalıb

26.12.2024

Banco.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müəllif:Ayşən İmanova/Banco.az

Avropa İttifaqının 12 ölkəsində Ukraynadakı münaqişə səbəbindən doğum səviyyəsində kəskin azalma müşahidə edilib.

Banco.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) Almaniya Federal Statistika İdarəsinə istinadən məlumat yayıb.

“2023-cü ildə Almaniyada doğum nisbəti bir qadına 1,35 uşağa düşüb, bu da BMT-nin “ultra aşağı” həddi olan 1,4 səviyyəsindən aşağı olub. Belə bir ssenaridə doğum nisbətinin azalmasının qarşısını almaq çətin olacaq”, – deyə məlumatda qeyd olunub.

Ən sərfəli kredit üçün müraciət et

Məqalədə bildirilir ki, Estoniya, Avstriya, İspaniya, Yunanıstan və İtaliyada da doğum səviyyəsi müəyyən edilmiş həddən aşağı olub.

Qeyd olunub ki, avropalılar inflyasiya, işlərini itirmək qorxusu və Rusiya-Ukrayna münaqişəsi ilə bağlı narahatlıq səbəbindən uşaq sahibi olmaqdan imtina edirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью