Avropa İttifaqında işçilərin 11 faizə yaxını həftədə 45 saatdan çox işləyib

07.10.2025

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Berlin, 7 oktyabr, AZƏRTAC

Bu ilin ikinci rübündə Avropa İttifaqında (Aİ) işləyənlərin 10,8 faizi əsas və ikinci işlərlə birlikdə həftədə 45 saatdan çox çalışıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Aİ Statistika İdarəsinin (Eurostat) məlumatında qeyd olunub.

Ən yüksək göstərici Yunanıstanda (20,9 faiz), Kipr (16,6 faiz) və Maltada (14,6), ən aşağı göstəricilər isə Bolqarıstanda (2,5 faiz), Latviyada (4,1 faiz) və Rumıniyada (5,9 faiz) qeydə alınıb.

Aİ üzrə işçilərin 72,3 faizi əsas və ikinci işlərlə birlikdə həftədə 20-44 saat işləyib ki, bu da ən çox yayılmış iş müddəti kateqoriyasıdır. Bu göstərici üzrə Bolqarıstan (92,8 faiz), Rumıniya (90,6 faiz) və Latviya (86,9 faiz) ilk sıralardadır.

Ümumilikdə, Aİ-də işləyənlərin 16,9 faizi faizi həftədə 19 saata qədər çalışıb. Bu göstərici ən çox Niderland (26,8 faiz), Danimarka (25,5 faiz və Avstriyada (25,3 faiz) müşahidə edilib. Ən az göstəricilər isə Rumıniya (3,5 faiz) Bolqarıstan (4,6 faiz) və Yunanıstanda (6,1 faiz) qeydə alınıb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью