Avropa İttifaqından 4 ölkəyə üzvlük yolu:

28.09.2026

Icma.az bildirir, Azpost saytına əsaslanaraq.

Avropa İttifaqı (Aİ) bloka üzvlüyə ən yaxın olan dörd ölkə üçün üzvlüyə aparan aydın və mərhələli yol təmin edəcək təkliflər hazırlayır. Bu barədə layihə üzərində çalışan Avropa Komissiyasının iki yüksək vəzifəli rəsmisinə istinadən “Politico” qəzeti məlumat yayıb.

“Avropa İttifaqı ən perspektivli namizədlər üçün üzvlük üzrə fəaliyyət planları hazırlayır. Brüssel ilk dəfə Aİ-yə üzvlük danışıqlarında əsas mərhələlərin başa çatdırılması üçün Monteneqro, Ukrayna, Moldova və Albaniyaya konkret müddətlər müəyyənləşdirmək imkanını nəzərdən keçirir”, – deyə materialda bildirilir.

Nəşrin yazdığına görə, bu “yol xəritələri” hər bir namizəd ölkədən konkret olaraq nələrin gözlənildiyini daha aydın müəyyənləşdirməyə imkan verəcək. Eyni zamanda, prosesin irəliləməsinə razılıq verməli olan hazırkı Aİ üzvləri üçün də müəyyən öhdəliklər yaranacaq.

Beləliklə, Aİ ilk dəfə namizəd ölkələrə islahatları davam etdirdikləri halda üzvlüyə qəbul ediləcəklərinə dair təminat verə, həmçinin danışıqların başa çatdırılması üçün təxmini müddətləri müəyyənləşdirə bilər.

AzPost.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью