Avropa İttifaqından SEPAH a zərbə: İranı daha hansı təhlükələr gözləyir?

30.01.2026

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qitənin terror təşkilatları siyahısına daxil edilməsi barədə razılığa gəliblər.

Aİ-nin bu qərarı İranda hökumət əleyhinə keçirilən son aksiyalar zamanı baş vermiş çox sayda insan itkisi ilə əsaslandırılıb.

Bəs bu qərar gələcəkdə İrana qarşı yeni sanksiyaları gündəmə gətirə və adekvat addımlar atılmasında hansı rol oynaya bilər?

BAKU.WS xəbər verir ki, mövzu ilə bağlı Oxu.Az-a danışan politoloq Zaur İbrahimli bildirib ki, Avropa İttifaqının SEPAH-ı terror təşkilatı kimi tanıması onun vəzifəli şəxslərinin, onlara məxsus əmlakın, bank hesablarının, maliyyə və digər aktivlərinin sanksiya rejimi altına düşməsidir:

Avropa İttifaqından SEPAH-a zərbə: İranı daha hansı təhlükələr gözləyir?

"Aİ-nin bununla bağlı xüsusi normativ hüquqi aktları var. Bu, İran İslam Respublikasının həm öz müdafiə qabiliyyətinə təsir edəcək, həm də təhlükəsizlik məsələləri ilə bağlı çox ciddi zərbə olacaq. Çünki SEPAH faktiki olaraq İranda dövlət içində dövlətdir və bir çox tədqiqatçıların ümumi rəyi ondan ibarətdir ki, SEPAH İranda maliyyə aktivlərinin 30 faizə qədərinə nəzarət edir. Bu baxımdan, qurum bu günə qədər Avropanın maliyyə sistemlərindən istifadə edirdisə, artıq bunu etmək çox çətin olacaq. Həmçinin tədqiqatçıların fikrincə, keşikçilər korpusu İran iqtisadiyyatının 35 faizə qədərinə nəzarət edir və bu da onun özünü maliyyələşdirməsinə ciddi əngəllər yaradacaq".

"Bir sözlə, bu, həm SEPAH-ın İran xaricindəki əməliyyatlarına ciddi təsir göstərəcək, həm də İslam Respublikası ilə müttəfiq olan ölkələrin şirkətləri də SEPAH-a bağlı hüquqi və fiziki şəxslərlə əvvəlki qədər rahat iqtisadi əməkdaşlıq edə bilməyəcəklər. Bununla yanaşı, inqilab keşikçilərinə bağlı şəxslərin Aİ ölkələrinə giriş-çıxışı da qadağan ediləcək", - deyə ekspert vurğulayıb.

O əlavə edib ki, bu, kifayət qədər ciddi addımdır və onsuz da sanksiyalardan təcrid vəziyyətinə düşmüş İranın iqtisadiyyatına mənfi təsirlərlə yadda qalacaq:

"Digər tərəfdən, Aİ tərəfindən atılan bu addım İranın təhlükəsizlik qüvvələrinin təminatına və xarici iqtisadi fəaliyyətinə də mane olacaq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью