Avropa İttifaqından “Tesla” ilə bağlı yeni qərar

27.11.2026

Icma.az, Lent az portalına istinadən məlumat verir.

 

Avropa Komissiyası Amerikanın “Tesla” şirkətinin avtomatik idarəetmə sisteminin təsdiqlənməsi ilə bağlı müzakirələri təxirə salıb.

Lent.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məsələnin dekabrın 15-də müzakirə olunması nəzərdə tutulur.

“Tesla Assisted Driving” adlandırılan sistem avtomobilin sürətlənməsini, əyləclənməsini və sükanın idarə olunmasını təmin edə bilir. Bununla belə, sürücü daim diqqətli olmalı və avtomobilə nəzarət etməlidir.

Sistemin bütün Avropa İttifaqı ərazisində təsdiqlənməsi üçün 27 üzv ölkədən azı 15-nin dəstəyi tələb olunur. Həmin ölkələr ittifaq əhalisinin azı 65 faizini təmsil etməlidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью