525.az saytına istinadən Icma.az xəbər verir.
Avropa İttifaqı (Aİ) tərəfindən 2,9 milyard avroluq yeni maliyyə dəstəyi Ukraynanın hesabına köçürülüb.
525.az xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında qeyd olunub ki, yeni maliyyə paketi təcili və prioritet büdcə xərclərinin maliyyələşdirilməsi, eləcə də infrastrukturun yenidən qurulması və modernləşdirilməsi islahatlarının davam etdirilməsi üçün istifadə olunacaq.
İbrahim Cəfərov