Avropa İttifaqının Ali nümayəndəsi Azərbaycana gələcək KONKRET

25.01.2025

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas regiona səfəri çərçivəsində Azərbaycana da səfər edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Trend-ə Brüsseldəki mənbə məlumat verib.

“Müvafiq bilgi Azərbaycan tərəfinə göndərilib”, – mənbə əlavə edib.

Qeyd edək ki, 2024-cü il dekabrın 1-də Estoniyanın keçmiş baş naziri Kaya Kallas Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi vəzifəsində fəaliyyətə başlayıb. O, bu vəzifədə Jozep Borreli əvəz edib.

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью