Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir

30.07.2026

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyunciç Azərbaycan dilini öyrənmək niyyətində olduğunu bildirib.

BAKU.WS xəbər verir ki, bununla bağlı video 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi tərəfindən feysbuk sosial şəbəkəsində paylaşılıb.

Paylaşımda deyilir: "1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. Avropa İttifaqının səfiri Mariyana Kuyunciç bu zəngin dili öyrənməyə başlayıb. Bu videonu sizinlə bölüşürük."

Paylaşıma əlavə olunmuş videoda diplomatik missiyanın rəhbəri auditoriyaya Azərbaycan dilində müraciət edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью