Avropa İttifaqının “davranışları” sülhə xidmət etmir Məlahət İbrahimqızı Yeni Gündəm | Icm…
Yenigundem saytına istinadən Icma.az xəbər verir. Avropa İttifaqının Azərbaycana qarşı olan təxribat xarakterli hərəkətləri hər ötən gün dah
Ermənistanı dəstəkləyən bu qurum anti-Azərbaycan təbliğatı ilə məşğul təşkilata çevrilib.
Bu günə qədər ölkəmizin əleyhinə heç bir hüquqi əsası olmayan çoxsayda “qətnamələr” qəbul edilib.
Sözsüz ki, bu “qətnamələr” erməni lobbisinin diqtəsi ilə ortaya çıxıb. Bunu açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Avropa Parlamentində, Avropa İttifaqında, bütövlükdə Qərb ölkələrinin Azərbaycana qarşı atdığı “addımların” arxasında yalnız şəxsi maraqlar dayanır: “Avropa Parlamentində Azərbaycan əleyhinə “qətnamə”lərin qəbul edilməsində yalnız bir qrup parlamentari xüsusi fəallıq göstərir ki, onların birbaşa erməni lobbisinə bağlılığı da heç kəsə sirr deyil.
Eyni zamanda Fransanı təmsil edən deputatlar məhz Emmanuel Makron hakimiyyətinin iç üzünün ifadəsi olaraq Azərbaycana qarşı təbliğat kampaniyasının başında dayanırlar”.
Deputat bildirib ki, Avropa İttifaqının Erməniostan ərazisindəki “missiyası”nın fəaliyyəti də ancaq təxribat üzərində qurulub: “Davamlı olaraq Azərbaycanla Ermənistan arasındakı şərti sərhəd xəttinin yaxınlığına gəlib binoklla müşahidələr aparan “missiya” təmsilçiləri sözsüz ki, gələcək hərbi təxribatlar üçün faktlar toplamağa çalışır.
Azərbaycanın şərti sərhəddinə yaxınlaşan istənilən şəxs sözsüz ki, ölkəmizin aidiyyatı strukturları tərafindən diqqətlə izlənilir və onların fəaliyyətləri nəzarətdə saxlanılır”.
Tam oxu
Xəbəri oxu