Avropa İttifaqının əsl erməni siması: yalan, vədlər və zəiflik | Icma.az
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Tarix boyu neçə dəfə şahidi olmuşuq ki, hərəkətsizlik, açıq-aşkar həqiqətlərin ört-basdır edilməsi və hadisələri öz adı ilə çağırmaq qorxusu fəlakətə gətirib çıxarır.
Bu gün məzkur proseslərin hadisənin yeni bir mərhələsini izləyirik: dünya siyasi elitaları reallıqla üzləşmək əvəzinə, onun üçün daha rahat olan formulları seçir.
Onlar üçün diplomatik ritorika söz oyunu və manipulyasiya alətidir. Beynəlxalq diplomatiyada terminlər gələcək addımları müəyyənləşdirir.
Çünki istənilən münaqişə "ikitərəfli qarşıdurma" adlandırılan kimi, bərabər əsaslarla danışıqlar üçün zəmin yaranır və bu, avtomatik olaraq kompromisi nəzərdə tutur.
Bəs işğalçı ilə işğala uğrayanın bir tutulması, tərəflərin ikisindən də "qarşılıqlı güzəştlər"in tələb edilməsi nə deməkdir?
Diplomatik kazuistikanı və gəlişigözəl, amma mahiyyəti puç sözləri bir kənara qoysaq, bu, işğalçının cinayətlərini və qanlı əməllərini qanuniləşdirmək, onun işğal etdiyi ərazilər üzərində hansısa "hüquq"unun və ya "haqqı"nın olmasını ən müxtəlif yollardan biri ilə qismən olsa belə, tanımaq deməkdir.
Bu, onun cinayətlərini qanuniləşdirmək, ona qurbanlarının torpaqları üzərində hüquq tanımaq deməkdir.
Tam oxu
Xəbəri oxu