Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen Kanadanın Aİ-nin ilk assosiativ üzvü olmasını təklif edib. Bu barədə o, Kanadanın Baş naziri Mark Karninin iştirakı ilə keçirilən görüşdə deyib. Lyayen demokratiyanın gücləndirilməsi məqsədilə qlobal tərəfdaşlıqlara yenidən baxmağa çağırıb. Qeyd edək ki, təşəbbüs Kanadanın bloka tam qoşulmadan Aİ ilə daha sıx inteqrasiyası üçün yeni formatın yaradılmasını nəzərdə tutur. Əməkdaşlığın sənaye, texnologiya, müdafiə, enerji və Arktikanın inkişafı sahələrini əhatə etməsi gözlənilir.
XQ