Avropa İttifaqının kimyəvi məhsullar ixracı rekord həddə çatıb

29.09.2025

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Berlin, 29 sentyabr, AZƏRTAC

Avropa İttifaqının (Aİ) kimyəvi məhsullar ixracı ötən il rekord həddə - 560 milyard avroya yüksəlib. Bu, 2023-cü illə müqayisədə 7 faiz çoxdur. İdxalın dəyəri isə bir faiz azalaraq 326 milyard avrodan 322 milyard avroya düşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Aİ-nin Statistika İdarəsinin (Eurostat) məlumatında qeyd edilib.

Aİ ölkələri arasında İttifaqdan kənara ən çox ixrac edən ilk 5 ölkə Almaniya (134 milyard avro), İrlandiya (82 milyard avro), Belçika (62 milyard avro), Fransa (54 milyard avro) və Niderland (50 milyard avro) olub. Əsas ixrac istiqamətləri isə ABŞ (170 milyard avro), İsveçrə (64 milyard avro), Birləşmiş Krallıq (47 milyard avro), Çin (36 milyard avro) və Yaponiya (18 milyard avro) olub.

Kimyəvi məhsulların idxalı baxımından isə 2024-cü ildə Almaniya 56 milyard avro ilə ilk sırada yer alıb. Onu Belçika (45 milyard avro), Niderland (43 milyard avro), İtaliya (34 milyard avro) və Sloveniya (29 milyard avro) izləyir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью