Teleqraf.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Baş nazir Nikol Paşinyanın Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyası ilə bağlı son açıqlaması ittifaq üzvlərini qəzəbləndirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.
Nəşr hazırda üç günlük proqramla Ermənistanda olan Polşa Prezidenti Anjey Dudanın səfərini bununla əlaqələndirir: “Polşa prezidentinin səfəri ilə bağlı ən diqqətçəkən epizod onun noyabrın 27-nə planlaşdırılan Yerasx (Arazdəyən) səfəridir.
Duda Aİ missiyası ilə (Azərbaycanla sərhəddə) birgə patrulda şəxsən iştirak edəcək.
Başqa sözlə, Aİ-nin aparıcı ölkələrindən birinin prezidenti Avropa missiyasının önəminə diqqət çəkir”.
Qəzet qeyd edir ki, bu addımın Paşinyanın məlum açıqlamasından sonra atılması təsadüfi deyil: “Paşinyan etiraf edib ki, Aİ müşahidəçilərinin Ermənistanda olması məsələsini Azərbaycanla müzakirə edir.
Üstəlik, Ermənistan müşahidəçiləri delimitasiya olunmuş ərazilərdən (sərhəddən) çıxarmağa hazırdır.