Avropa İttifaqının Ukraynanı qəbul etməyə pulu yoxdur Orban

21.01.2025

Icma.az bildirir, Teleqraf.com portalına istinadən.

"Ukrayna hələ Avropa İttifaqına daxil olmağa hazır deyil".
Teleqraf.com xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban slovakiyalı həmkarı Robert Fiko görüşü zamanı deyib.
“Avropa İttifaqının Ukraynanı qəbul etməyə pulu yoxdur. Biz isə öz ölkəmizi məhv etmək istəmirik”, - Orban mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Ukraynanın Aİ-yə daxil olması Macarıstan da daxil olmaqla, ittifaq ölkələri üçün əlavə xərclərə səbəb olacaq və onların iqtisadiyyatına düzəlməz zərər vuracaq.
Ukrayna 2022-ci il fevralın 28-də Aİ-yə üzvlük ərizəsini rəsmi olaraq təqdim edib. 2022-ci il martın 1-də Avropa Parlamenti Ukraynaya Aİ-yə üzv olmaq üçün namizəd ölkə statusunun verilməsini tövsiyə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью