Avropa İttifaqının vahid ordusu olmalıdır İspaniya baş naziri

26.03.2025

Sfera.az saytına istinadən Icma.az xəbər verir.

"Biz 24 ölkənin silahlı qoşunlarını birləşdirəcək Avropa ordusu yaratmalıyıq".

Sfera.az xəbər verir ki, bunu İspaniyanın baş naziri Pedro Sançes bildirib.

İspaniyalı hökümət başçısının sözlərinə görə, dünyada geosiyasi vəziyyət pisləşib və Avropa hazırda yeni böhranla üz-üzə qalıb.

“Bizim etməli olduğumuz şey – 27 ölkədən ibarət, vahid bayraq altında və eyni maraqlar əsasında idarə olunacaq Avropa ordusu, yəni birləşmiş silahlı qüvvələr yaratmaqdır. Yalnız bu yolla biz həqiqi ittifaqa çevriləcək və bölgəmizdə davamlı sülhü təmin edəcəyik”, - o əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью