Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

29.09.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Berlin, 29 iyun, AZƏRTAC

Avropa Komissiyası Avropa İttifaqının (Aİ) xarici sərhədlərinin dayanıqlılığını və təhlükəsizliyini gücləndirmək, qəfil və kütləvi qanunsuz miqrant axınlarının qarşısını almaq və belə hallara operativ cavab vermək məqsədilə 5 bəndlik fəaliyyət planı təqdim edib.

AZƏRTAC xəbər verir ki, Komissiyanın məlumatına görə, qanunsuz sərhəd keçidləri 2021-ci ildən bəri ən aşağı səviyyəyə düşsə də, son hadisələr mövcud mexanizmlərin fövqəladə vəziyyətlərə uyğunlaşdırılmasının zəruriliyini göstərib.

Sənəddə “Frontex”in mandatının genişləndirilməsi, yeni “Avropa fövqəladə hallara cavab çərçivəsi”nin hazırlanması və qanunsuz miqrasiya ilə bağlı onlayn fəaliyyətin daha səmərəli monitorinqi də təklif olunur.

Aİ-nin daxili işlər və miqrasiya üzrə komissarı Maqnus Brunner bildirib ki, yeni plan “Frontex”in gücləndirilməsi, fövqəladə hallara cavab imkanlarının artırılması və mənşə və tranzit ölkələri ilə tərəfdaşlığın dərinləşdirilməsi ilə Aİ-nin xarici sərhədlərinin qorunmasını möhkəmləndirəcək.

Beşbəndlik plan oktyabrın 1-2-də keçiriləcək Ədliyyə və Daxili İşlər Şurasının iclasında üzv dövlətlərə təqdim olunacaq.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью