Avropa İttifaqının yeni diplomatiya rəhbəri Suriyada hakimiyyət dəyişikliyini dəstəkləyib

08.12.2024

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avropa İttifaqının yeni diplomatiya rəhbəri Kaya Kallas Suriyada hakimiyyət dəyişikliyini dəstəkləyib.

APA xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində paylaşım edib.

Siyasətçinin deyib: “Suriya prezidenti Bəşər Əsədin “diktaturasının sonu” “müsbət və çoxdan gözlənilən hadisədir”.

“Bu, həm də Əsəd tərəfdarlarının – Rusiya və İranın zəifliyini göstərir. Bizim prioritetimiz regionda təhlükəsizliyin təmin edilməsidir”, - Kallas yazıb.

O, əlavə edib ki, Suriyada və regionda bütün konstruktiv tərəfdaşlarla işləyəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью