“Avropa keçmişdə olduğu gücə malik deyil”

30.01.2025

Icma.az bildirir, Missiya.az saytına əsaslanaraq.

“Son illərdə Avropa Qərb sivilizasiyasını yaradan bir çox mövqelərini itirib”.

Missiya.Az xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasının prezidenti Teodoras Russopulos “RBC-Ukrayna”ya müsahibəsində deyib.

“Hesab edirəm ki, Avropa qitəsi siyasi və ya maliyyə cəhətdən keçmişdə olduğu gücə malik deyil”, - deyə siyasətçi vurğulayıb.

Russopulos qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəyə başlaması avropalıları birləşdirdi və bu, göz qabağındadır. Bəzi istisnalar var, amma hesab edirəm ki, insanların böyük əksəriyyəti Ukraynanı dəstəkləyir.

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью