Avropa Klublar İttifaqı UEFA dan şikayət etdi

19.11.2026

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avropa Klublar İttifaqı UEFA-dan şikayət etdi

Avropa Klublar İttifaqı (UEC) UEFA-dan Avropa Komissiyasına rəsmi şikayət göndərib.

QOL.az xəbər verir ki, u barədə “The Guardian” nəşri məlumat yayıb.

Şiayət Aropa Klublar Birliyi ilə UEFA arasında imzalanmış anlaşma memorandumu ilə bağlıdır.

2033-cü ilin iyulunadək qüvvədə olan razılaşmaya əsasən, EFC Avropa klublarını təmsil edən yeganə qurum statusuna malikdir.

Üç il əvvəl yaradılan və 25 milli assosiasiyadan 138 klubu birləşdirən UEC hesab edir ki, aparıcı klublar digər komandaların taleyinə, o cümlədən Çempionlar Liqası və Avropa Liqasına vəsiqə qazanmaq imkanlarına həddindən artıq təsir göstərir.

Şikayətdə memoranduma Avropa İttifaqının Rəqabət Qanununun 101-ci və 102-ci maddələrinin pozulması kimi baxılması tələb olunur. Həmin maddələr rəqabəti məhdudlaşdıran razılaşmaları və bazarda dominant mövqedən sui-istifadəni qadağan edir.

Bundan başqa, mövcud qaydalara əsasən, heç bir klub EFC və UEFA-nın icazəsi olmadan başqa beynəlxalq assosiasiyaya üzv ola bilməz.

UEC-nin məlumatına görə, quruma üzv olan 59 klub mümkün təzyiqlərdən ehtiyat edərək üzvlüklərinin ictimaiyyətə açıqlanmamasını istəyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью