Avropa klubu Fənərbaxça nın rekordçusunu istəyir

21.01.2025

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

"Torino" "Fənərbaxça"nın futbolçusu Cengiz Ünderi transfer etmək istəyir.

Metbuat.az xəbər verir ki, İtaliya klubu türkiyəli futbolçu üçün 10 milyon avro təklif edib. Məlumata görə, "Torino" futbolçunun transferini mövsümün fasiləsində reallaşdırmaq istəyir. İtaliya klubu futbolçunun yarımmövsümlük maaşını tamamilə ödəcəyini irəli sürüb.

Qeyd edək ki, Cengiz Ünder iki il əvvəl "Marsel" klubundan 15 milyon avroya transfer olunmuşdu. Bu, "Fənərbaxça"nın həmin vaxta qədər ən çox pul ödədiyi transfer idi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью