Icma.az bildirir, Fanat portalına istinadən.
“Mançester Yunayted” “Lens”in 16 yaşlı futbolçusu Mezian Meslub maraqlanır.
Fanat.Az xəbər verir ki, informasiyanı “FootballTransfers” yayıb.
Məlumata görə, İngiltərə klubu gənc hücumçunu uzun müddətdir izləyir və onun transferi ilə bağlı artıq ciddi araşdırma aparıb.
Meslub bu mövsüm “Lens”in əsas komandasında özünü göstərməyi bacarıb. O, Liqa 1-də debütündən cəmi 11 saniyə sonra qol vuraraq diqqət çəkib. Gənc futbolçu Çempionlar Liqasında da “Sparta Praqa” ilə oyunda məhsuldar çıxış edib və komandasının qələbəsində mühüm rol oynayıb.
16 yaşlı futbolçunun sürətli driblinqləri, topla cəsarətli davranışı və rəqib müdafiəçilərini birbaşa üzərinə götürməsi onun “Barselona”nın ulduzu Lamin Yamal ilə müqayisə olunmasına səbəb olub.
“Mançester Yunayted”lə yanaşı, PSJ, “Monako”, “Barselona”, “Atletiko Madrid”, “Leyptsiq”, “Arsenal” və “Çelsi” də Meslubun vəziyyətini izləyir.
Lakin İngiltərə klublarının futbolçunu transfer etmək imkanları onun yaşına görə məhduddur. Meslub 2027-ci ilin noyabrında 18 yaşına çatacaq.
Əlisahib İbrahimli