Avropa komissarı: Ukrayna Aİ yə üzvlüklə bağlı danışıqlara hazırdır

20.05.2025

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Kiyev Avropa İttifaqına (Aİ) daxil olmaq üzrə danışıqlara hazırdır".

Oxu.Az-ın "RİA Novosti"yə istinadən xəbərinə görə, bu sözləri genişlənmə məsələləri üzrə Avropa komissarı Marta Kos deyib.

"Ukrayna öz ev tapşırığını yerinə yetirdi, ona görə də danışıqların fundamental klasterinin açılmasına hazırdır", - deyə o vurğulayıb.

Kosun sözlərinə görə, Ukraynanın Aİ-yə inteqrasiyası Kiyevin təhlükəsizlik zəmanətlərinin əsas elementi olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью