Avropa Komissiyası 2025 ci illə bağlı proqnozuna dəyişiklik edəcək

19.05.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 19 may, AZƏRTAC

Avropa Komissiyası 2025-ci illə bağlı iqtisadi artım proqnozuna dəyişiklik edəcək.

AZƏRTAC “Figaro”ya istinadla xəbər verir ki, Avropa İttifaqının iqtisadiyyat üzrə komissarı Valdis Dombrovskis bu gün 2025-ci illə bağlı ÜDM proqnozlarını elan edəcək. Avropa Komissiyası bu dəfə proqnoz verərkən ABŞ-ın tətbiq etdiyi gömrük tariflərini də nəzərə alıb. 20 ölkəni əhatə edən vahid valyuta məkanında ÜDM-in artımı ilə bağlı proqnozun aşağı salınacağı gözlənilir. Nəticələr günün sonunda məlum olacaq.

Qeyd edək ki, Avropa Komissiyasının 2024-cü ilin noyabrında verdiyi proqnozda Avropa İttifaqında 2025-ci ildə 1,3 faiz, gələn il isə 1,6 faiz iqtisadi artım ehtimal edilirdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью