Avropa Komissiyası 90 milyard avroluq uzunmüddətli istiqraz buraxır

11.12.2024

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avropa Komissiyası gələn ilin yanvar-iyun aylarında Avropa İttifaqının (Aİ) istiqrazları vasitəsilə təxminən 90 milyard avro cəlb etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə Avropa Komissiyası bildirib.

Məlumatda qeyd olunub ki, bu plan Aİ-nin 2024-cü ildə 138 milyard avro həcmində uzunmüddətli vəsait cəlb etdiyi emissiya proqramını davam etdirəcək.

“Aİ istiqrazlarının buraxılışı ilə toplanan vəsaitlər koronavirus pandemiyasından sonra Avropa İttifaqının iqtisadi bərpasına dəstək verir. Bununla yanaşı, həmin vəsaitlər Aİ-nin dayanıqlılığını gücləndirir və qonşu tərəfdaşlarını, xüsusilə Ukrayna və Qərbi Balkan ölkələrini dəstəkləyir”, - Avropa Komissiyasının sənədində qeyd edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью